Binədəqi rayonu Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Belediyye.infoya açıqlamasında bildirilir ki, “Təmiz qəsəbə” layihəsi çərçivəsində bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri qəsəbə ərazisində təmizlik işlərinin həyata keçirilməsidir.
Bununla bağlı bələdiyyə iclasının qərarıyla bələdiyyənin təsərrüfat şöbəsinin əməkdaşları qəsəbənin X.B.Natəvan, M.S.Ordubadi, Rəşad ismayılov Yəhya Hüseynov küçələrində təmizlik işlərini başa çatdırmaq üzrədir. Adiçəkilən küçələrdə ilk olaraq ərazi zibil tullantılarından, kol-kosdan təmizlənir, səkilərin sıradan çıxmış hissələri bərpa olunur.
Bununla yanaşı sakinlərin müraciəti əsasında Yəhya Hüseynov küçəsindəki nəzərdə tutulmayan əraziyə atılmış məişət tullantıları təmizlənmişdir. Ordubadi küçəsində yaşıllıqların səliqəyə salınması və onları əhatə edən fasad işıqlarının təmir olunması işi da başa çatdırılıb.
Yəhya Hüseynov və Rəşid ismayılov küçələrində aparılan təmizlik işləri zamanı ərazi budanmış ağaclardan, məişət tullantılarından və qabaritlərdən təmizlənmişdir.
Sədrin fikrincə “digər bir məqsədimiz sakinlərimiz arasında maarifləndirmə işlərinin aparılmasıdır. Belə ki, vergi müfəttişləri bir tərəfdən bildirişləri paylayaraq, ödənişlərin vaxtında verilməsini bildirir, digər tərəfdən ərazilrədə təmizliyə riayət olunması xüsusi olaraq qeyd olunur.”
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|